Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AÇ-2020-nin A qrupu çərçivəsində iyunun 20-də Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə – Türkiyə qarşılaşmasını (3:1) izləmək üçün Azərbaycana səfərə gələn UEFA-nın baş katibi Teodor Teodoridislə görüşüb.

Komanda.az xəbər verir ki, görüşdə AÇ-2020-nin Bakıda keçirilən oyunları ilə bağlı müzakirələr aparılıb. UEFA rəsmisi təşkilatı işlərdən məmnunluğunu ifadə edib.