“AFFA-nın uğurları xalqı sevindirir” – Çingiz Hüseynzadə

Bu gün AFFA-nın 30-cu hesabat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə fikirlərini bildirib:

“Dekabrın 16-da MOK-un Hesabat Konfransı keçirildi və İlham Əliyev yenidən komitənin prezidenti seçildi. Komitədaxili dəyişikliklər oldu. Bu, o deməkdir ki, Azərbaycan idmanı yeni mərhələyə qədər qoyur. Bilirsiz, koronavirus pandemiyasından ən çox zərərçəkən idman oldu. İdmançı vaxt itirir, pandemiya bitəndən sonra idmançının yenidən hazırlaşması üçün vaxt lazım olur. İdmanın pandemiyadan çəkdiyi zərərlər daha çoxdur. Hər bir federasiyanın fəaliyyətində iki əsas məsələ var: təşkilatı qollar və idman nəticələri. AFFA-nıb nailiyyətləri ötən ildən daha yaxşı olub. Həm təşkilatı uğur olub, həm də “Qarabağ” avrokuboklarda uğurlu çıxış edir. “Qarabağ”ın nəticələrini və federasiyanın işini alqışlayırıq. 2017-ci ildə Bakıda İslam Oyunları keçirildi və Azərbaycanın futbol yığması qalib oldu.

AFFA-nın uğurları xalqı sevindirir. Futbol maraqlı, ən kütləvi idman növüdür. Ümid edirəm ki, azarkeşlər Azərbaycan millisinin yüksəlişini görəcəklər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button