Bu gün AÇ-2024-ün püşkü atılacaq

Bu gün AÇ-2024-cü seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Komanda.az xəbər verir ki, Almaniyanın Frankfurt şəhərindəki tədbir saat 14:00-da başlayacaq.

Azərbaycan millisinin də seçmə mərhələdəki rəqibləri məlum olacaq. Yığma komanda seçmə mərhələnin 53 iştirakçısı sırasında yer alıb.

Final mərhələsinin ev sahibi Almaniya və yarışlardan kənarlaşdırılan Rusiya istisna olmaqla, UEFA-ya üzv olan bütün ölkələr seçmələrdə qüvvəsini sınayacaq. Komandalar püşklə 10 qrupa bölünəcək.

Püşk öncəsi iştirakçılar səbətlərə bölünüb. Azərbaycan yığması 4-cü “onluq”da yer alıb.

UEFA Millətlər Liqasının 4 finalçısı A, B, C və D qruplarına düşəcək. Bu qruplar, həmçinin E, F və G qrupunda 5 komanda mübarizə aparacaq. Üç millinin yer aldığı 6-cı səbətin üzvləri H, İ və J qruplarına düşəcək. Bu qruplarda 6 komanda çıxış edəcək.

Millətlər Liqası səbəti
Niderland
Xorvatiya
İspaniya
İtaliya

1-ci səbət
Danimarka
Portuqaliya
Belçika
Macarıstan
İsveçrə
Polşa

2-ci səbət
Fransa
Avstriya
Çexiya
İngiltərə
Uels 
İsrail
Bosniya və Herseqovina
Serbiya
Şotlandiya
Finlandiya

3-cü səbət
Ukrayna
İslandiya
Norveç
Sloveniya
İrlandiya
Albaniya
Monteneqro
Rumıniya
İsveç
Ermənistan

4-cü səbət
Gürcüstan
Yunanıstan
Türkiyə
Qazaxıstan
Lüksemburq
Azərbaycan
Kosovo
Bolqarıstan
Farer adaları
Şimali Makedoniya

5-ci səbət
Slovakiya
Şimali İrlandiya
Kipr
Belarus
Litva
Cəbəllütariq
Estoniya
Latviya
Moldova
Malta

6-cı səbət
Andorra
San-Marino
Lixtenşteyn

2023-cü ildə keçiriləcək seçmə mərhələdə qruplarda ilk iki yeri tutanlar Almaniya-2024-ə vəsiqə qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button