“Bu gün ən zəif oyunumuzu göstərdik” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqasının 4-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:3 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Şəhriyar Rəhimovun ailəsinə səbr diləyirəm, Allah rəhmət eləsin. Azərbaycan futbolu üçün ağır itkidir. Oyuna gəldikdə isə bilirdik ki, “Səbail” əks-hücumlara bel bağlayır. İlk dəqiqələrdə qol buraxmaq bütün planlarımızı pozdu. Futbolçular tələsməyə başladı. Rəqibin müdafiəsini yara bilmirdik. Bu gün ən zəif oyunumuzu göstərdik. İnanıram ki, bu, təkrarlanmayacaq. Amma mövsümün əvvəlidir. Bizdə də yeni oyunçular var, uyğunlaşmaq üçün vaxt lazımdır. Komandanın potensialı var.

Sərtan Taşkın inandığımız futbolçulardandır. O, çətin dövrdən keçir. Bir səhvə görə oyunuçun üstündən xətt çəkmək olmaz. Hər futbolçunun karyerasında eniş olur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button