“Bu, gözlədiyimiz nəticə deyil”

“Düşünürəm ki, ikinci matç daha çətin olacaq”.

Komanda.az xəbər verir ki, bunu “NTD-İndiqo”nun oyunçusu Eysan Vayli Azərbaycan Basketbol Liqasında “Xırdalan”a qarşı keçirəcəkləri üçüncü yer uğrunda ikinci qarşılaşmadan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, bu rəqibə qalib gəldikləri ilk görüşdə (95:79) çox yaxşı oyun göstərdiklərini və sabahkı matçda məqsədlərinin dəyişmədiyini bildirib:

“İlk dueldə oyun planına əmək etdik və qələbə qazandıq. Komandanın müdafiədəki çıxışını xüsusi qeyd edərdim. Üçüncü yer uğrunda oynayırıq. Ancaq bu, gözlədiyimiz nəticə deyil. Məqsədimiz çempionluq idi. Amma biz peşəkarıq və işimizi görməliyik”.

ABŞ-dan olan basketbolçu Azərbaycan çempionatının səviyyəsindən də söz açıb:

“Artıq bir neçə aydır ki, bu ölkədə oynayıram. Liqanın səviyyəsi məni təəccübləndirdi. Kifayət qədər yüksəkdir. Hər komandada amerikalı, eləcə də keyfiyyətli azərbaycanlı oyunçular var”.

“NTD-İndiqo” və “Xırdalan” komandaları arasındakı ikinci matç mayın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button