“İki qol buraxdığımız üçün bir az məyus oldum” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandasının İngiltərə Premyer Liqasının 28-ci turunda “Nyukasl”la oyunda qazandığı qələbəni (3:2) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, bəzi səhvlərə görə iki qol buraxdıqları üçün məyus olduğunu deyib:

“Bu futboldur: bəzən əylənirsən, bəzən əziyyət çəkirsən. Çox yaxşı oynadıq, həqiqətən çətin idi. “Çelsi” qazandı, ən vacibi üç xaldır, irəliləyirik. Hücum edən oyunçuların özlərini inamlı hiss etmələri və qol vurmaqla matçlarda qalib gələ biləcəyimizi bilmələri vacibdir. Amma baş verməməli olan səhvlərdən sonra iki qol buraxdığımız üçün bir az məyus oldum. Lakin bu, bizə daha da təcrübə qazandırır”.

İngiltərə çempionatında keçirdiyi 27 oyundan sonra “Çelsi”nin 39 xalı var və 11-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button