“Bu fond dünya çempionu olmaqdan daha üstündür” – Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe özünün “İnspired by KM” xeyriyyə fondu haqqında danışıb.

Komanda.az xəbər verir ki, fransalı futbolçunun fondu imkansız ailələrdən olan uşaqlara kömək etmək məqsədi daşıyır. 25 yaşlı forvard xeyriyyə işini dünya çempionatını qazanmaqdan daha üstün tutduğunu bildirib:

“Bu, mənim ən böyük qürur mənbəyimdir. Çünki bu mənim üçün çox şey deməkdir. Fond mənim üçün dünya kubokunu qazanmaqdan daha üstündür? Bəli. Dünya çempionu olmaq həyatımı o qədər də dəyişdirmədi, amma bu fond dəyişdi”.

Mbappe bu mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 22 oyun keçirib və 21 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button