“Biz buna hazırlıqlı olacağıq” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, Çempionlar Liqasının qalibi statusunun rəqibləri motivasiya edəcəyi ilə bağlı suala belə cavab verib:

“Keçən il Avropada ikinci olduq, amma həmin zaman da hər kəs bizi məğlub etmək istəyirdi. “Nyukasl” səfərinə yollandıqda, mən özümə “biz burda nə oynayırıq” deyə, sual verdim. Bu, dünya çempionlarına olan münasibət kimi idi.

Düşünmürəm ki, bundan sonra qalib gəlmək daha çətin olsun, çünki bu, onsuz da çətindir. Bir şeyi daha tez öyrəndim: sən “Liverpul”sansa, hansısa səfərə yollanırsansa, rəqiblər sənə qarşı daha sayıq olurlar. Bu, hər zaman belə olub, amma biz buna hazırlıqlı olacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button