Bu da oldu: Azərbaycanlı futbolçu Afrika klubuna keçdi

Turan Manafov karyerasını Cənubi Afrika Respublikasında davam etdirəcək.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu “Stellenboş”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandasının sabiq üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Turan Manafov son olaraq “Kəpəz”də çıxış edib. 27 yaşlı sol cinah müdafiəçisi daha əvvəl “Zaqatala”, “Səbail”, “Olimpiakos” (Volou) və “Araz-Naxçıvan”ın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button