“Bu, çəkdiyim əziyyətlərin mükafatıdır” – 5 il sonra milliyə qayıdan futbolçu

“Ayntraxt”ın yarımmüdafiəçisi Mario Getse Almaniya millisinin DÇ-2022 üçün yekun heyətinə daxil olması ilə bağlı emosiyalarını bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu milli komandaya qayıdışını uğur adlandırıb:

“Yenidən dünya çempionatında milli komandanın bir hissəsi olduğum üçün çox şadam. Mənə elə gəlir ki, bu, çəkdiyim əziyyətlərin mükafatıdır. Bu nailiyyəti həyat yoldaşım, ailəm, komanda yoldaşlarım və məşqçilərim olmadan əldə edə bilməzdim. Dəstəyinizə görə təşəkkür edirəm!”.

Getse sonuncu dəfə 2017-ci ildə Almaniya millisində çıxış edib.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Almaniya millisi qrupda İspaniya, Yaponiya və Kosta-Rika ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button