“Bu baş verməsə, olanları qəbul etmək çətin olacaq” – “Liverpul”un futbolçusu

“Liverpul”un yarımmüdafiəçisi Cordan Henderson açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, daha çox kubok qazanmaq istədiklərini deyib:

“Bu mövsüm “Mançester Siti” üç kubok qazandı, biz də bunu bacarmaq istəyirik. Biz hər il daha çox kubok qazanmaq, uğur əldə etmək istəyirik. “Liverpul” bu mövsüm Premyer Liqada olanları dəyişdirə bilməz, amma Çempionlar Liqasının finalındakı vəziyyət bizim əlimizdədir. Bilirik ki, bu, bizim üçün böyük fürsətdir. Bu mövsümü kubokla bitirmək istəyirik. Bu baş verməsə, olanları qəbul etmək çətin olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button