“Bu, əlçatmaz deyil” – Yusuf Laval

“Neftçi”nin yarımmüdafiəçisi Yusuf Laval Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyundan (2:1) sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, nigeriyalı futbolçu qələbənin psixoloji baxımdan çox vacib olduğunu bildirib:

“Hələ də optimal formada deyiləm, amma ən yaxşı formamı qaytarmağa çalışıram. Baş məşqçi də məndən bunu tələb edir. Təbii ki, bunun öhdəsindən gələcəm. Bu qələbə psixoloji baxımdan çox vacib idi. Çünki “Zirə”yə məğlubiyyətdən sonra özümüzə gəlməliydik. Belə davam etməliyik. Belə davam etsək, mövsümün sonunda məqsədimizə çatacağıq. Bu, əlçatmaz deyil. Çünki hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşmışıq”.

Laval mövsümdə 5-ci dəfə məhsuldar ötürmə verməsinə də münasibət bildirib: “Qarşıma qol ötürmələrinin sayına görə birinci olmaq məqsədi qoymamışam. Məqsədim odur ki, komandamız mövsümü ən yaxşı nəticə ilə başa vursun”.