Ronaldinyo məşhur futbolçularla gecə klubunda FOTO

Braziliyalı keçmiş futbolçu Ronaldinyo Mayamidə (ABŞ) bir gecə klubunda Paulo Dibala, Pol Poqba və Blez Matuidi ilə şəkil çəkdirərək, paylaşıb.

Komanda.az xəbər verir ki, 41 yaşlı sabiq yarımmüdafiəçi futbolçularla şəkilini “instagram”da paylaşıb. Ronaldinyonun bu paylaşımına bir neçə saat ərzində 2 milyondan çox bəyənmə gəlib.

Braziliyanın “Globo Esporte” nəşrinin xəbərinə görə, futbolçular gecə klubunda təsadüfən qarşılaşıblar.