Neymar PSJ ilə danışıqları dayandırdı

Braziliyalı futbolçu Neymar PSJ ilə yeni müqavilə danışıqlarını dayandırıb.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniyanın “Ara” nəşri məlumat yayıb. Xəbərdə, Neymarın Lionel Messi ilə birlikdə “Barselona”da oynamaq istədiyi və bu səbəbdən Paris klubundan ayrılacağı bildirilib.

29 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.