“Neymar hər oyunda fərq yarada bilməz”

Braziliya milli komandasının baş məşqçisi Tite DÇ-2022-nin seçmə mərhələsində Kolumbiya ilə qolsuz bərabərə qaldıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Goal” nəşrinə danışan Tite, komandanın hücumçusu Neymar haqda danışıb:

“Neymar bütün komanda kimi yaxşı oynadı. Hamı hər oyunda ondan fərqli bir şeylər gözləyir, biz bunu bilirik. Neymarı bəzən bir neçə müdafiəçi birdən saxlayır. Neymar hər oyunda fərq yarada bilməz”.