Braziliya mətbuatı “Qarabağ”ın sabiq futbolçusu haqda: “Azərbaycanda oynasa belə…”

Braziliya mətbuatı “Flamenqo”nun hücumçusu Juninyonun “Fluminense” ilə Karioka Liqasının final mərhələsinin cavab oyununda (0:0, ilk oyun – 2:1) vurduğu qolu şərh edərkən, onun keçmiş klubu “Qarabağ”dakı çıxışına da toxunub.

Komanda.az “MundoBola”-ya istinadən xəbər verir ki, həmkarlarımız Juninyo ilə bağlı qeydlərində onun Azərbaycandakı karyerasına da toxunublar:

“Təsəvvür edin, Juninyo Azərbaycanda oynasa belə, təbii ki, orada bu cür epizodlara fit çalmırlar. Məncə, yalnız Braziliyada buna görə cəzalandırılırlar. Ona görə də, Juninyo narahat idi. Ancaq “Flamenqo” bu matçda qalib gəlməli idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button