
Laporta: “Stadionumuz dünyanın ən yaxşısı olacaq”
“Barselona”nın prezidenti Xuan Laporta yenilənmiş “Kamp Nou” stadionu haqqında danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bu stadionun dünyanın ən yaxşısı olacağını deyib:
“Böyük qürurla deyə bilərəm ki, stadionumuz dünyanın ən yaxşısı olacaq. Biz “Kamp Nou”nun UEFA Çempionlar Liqası və dünya çempionatı kimi böyük turnirlərin finallarına ev sahibliyi etməsini təmin etmək üçün çalışırıq. Bu, fantastik olardı”.
“Kamp Nou”nun yenilənməsi davam edir və “Barselona” noyabr ayında yenidən ev oyunlarını öz stadionunda keçirməyə başlayıb. Bu yaxınlarda “Kamp Nou”nun 2029-cu il Çempionlar Liqasının finalına ev sahibliyi edə biləcəyi açıqlanıb.
“Barselona” fevralın 3-də səfərdə “Albasete”ni 2:1 hesabıyla məğlub edərək, Kral kubokunun yarımfinalına yüksəlib.
Bizi Facebook-da izləyin



