“Böyük ehtimalla, Messi cari mövsümün sonunda bizi tərk edəcək”

İspaniyanın “Barselona” klubunun prezidenti vəzifəsinə namizədlərdən olan Aqusti Benedito komandanın hücumçusu Lionel Messinin gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, klub rəhbərliyinə namizəd, argentinalı hücumçunun Kataloniya klubunda qalmasının çətin göründüyünü bildirib:

“Messinin gələcəyi ilə bağlı yaxşı xəbər vermək istəyərdim, amma bu məsələdə nikbin deyiləm. O, son müsahibəsində komandada qalmaq istədiyini demədi. Üstəlik, Messinin avqust ayında komandadan ayrılmaqla bağlı necə qərarlı olduğunu xatırlayın. Böyük ehtimalla, Messi cari mövsümün sonunda bizi tərk edəcək”.