“Böyük Dəbilqə”: Azərbaycanlı cüdoçular mübarizəyə başlayır

Azərbaycanın yeddi cüdoçusu bu gün Gürcüstanın paytaxtı Tbilisidə başlayan “Böyük Dəbilqə”də mübarizəyə start verir.

Komanda.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 finalda Dilşod Xalmatovla (Ukrayna), eyni çəkidəki Turan Bayramov Aybek Omirovla (Türkmənistan) qarşılaşacaq.

66 kq-da Kamran Süleymanov 1/32 finalda Quram Dzavaşvili (BƏƏ) ilə üz-üzə gələcək.

Qadınların yarışında 48 kq-da Leyla Əliyeva 1/16 finalda Venna Juanqla (Çin), 52 kq-da cüdoçulardan Gültac Məmmədəliyeva Yasmim Lima ilə (Braziliya), eyni çəkidəki Aydan Vəliyeva Naomi Van Krevellə (Niderland) münasibətlərinə aydınlıq gətirəcək.

Nəhayət, 57 kq-da Fidan Əlizadə 1/16 finalda Paulin Starkla (Almaniya) görüşəcək.

“Böyük Dəbilqə” martın 26-da yekunlaşacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button