“Qarabağ”da yeni futbolçu?

Bosniya və Herseqovinanın “Sarayevo” klubunun futbolçusu Amar Rahmanoviç karyerasını Azərbaycanda davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Qarabağ”a transfer oluna bilər. Bu barədə “faktor.ba” saytı məlumat yayıb. Xəbərdə, Rahmanoviçin İspaniyadan olan futbol agentliyinin vasitəsi ilə “Qarabağ”la müqavilə imzalamağa hazırlaşdığı bildirilir.

2017-ci ildən “Sarayevo”da çıxış edən Rahmanoviçin müqaviləsi 2021-ci ilin yayına qədərdir. Yarımmüdafiəçi bu mövsüm paytaxt klubunda 12 oyunda 3 qol və 4 məhsuldar ötürməylə yadda qalıb.

Rahmanoviç daha əvvəl Serbiyanın “Novi Pazar”, Xorvatiyanın “İstra”, Sloveniyanın “Koper”, “Maribor”, “Çelje” kimi klublarının formasını geyinib.