“Borussiya”nın tarixinə düşdü

Almaniya Bundesliqasının 25-ci turunun “Köln”lə ev oyunu “Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Marko Roys üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, 33 yaşlı vinger sözügedən klubun tarixində ən məhsuldar futbolçuya çevrilib.

O, bunu 6:1 hesablı qələbəyə sevindikləri matçda dubla imza atmaqla bacarıb. Bununla da təcrübəli vinger “Borussiya”nın heyətində vurduğu ümumi qolların sayını 161-ə çatdırıb. Dortmundluların əvvəlki rekordçusu 159 qol vurmuş Mixael Zork idi.

Roys 2012-ci ildən formasını geyindiyi “Borussiya”da 377 oyun keçirib. O, bu görüşlərdə 120 məhsuldar ötürmə ilə də yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button