“Barselona”nın keçmiş futbolçusu İspaniyaya qayıdır

Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Pako Alkaser komandanı tərk edə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Atletiko” 26 yaşlı futbolçunun xidmətində maraqlıdır. Madrid klubunun Dortmund təmsilçisi ilə danışıqlara başladığı bildirilir. “Borussiya” ispan futbolçu üçün “Atletiko”dn 30 milyon avro tələb edir. Futbolçunun özü də yenidən La Liqada çıxış etməyə müsbət yanaşır.

“Borussiya” ilə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulan futbolçu, cari mövsümdə iştirak etdiyi 15 oyunda 7 qol, 2 məhsuldar ötürməylə yadda qalıb. O, əvvəllər İspaniyada “Valensiya”, “Xetafe”, “Barselona” kimi klubların şərəfini qoruyub.