“Borussiya”nın futbolçusu “Benfika”da

Portuqaliyanın “Benfika” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Yulian Vayqlı heyətinə qatıb.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb: “Benfika” ilə Yulian Vayqlın transferi ilə bağlı razılığa gəldik. Oyunçumuza xidmətlərinə görə təşəkkür edirik, Portuqaliya macərasında uğurlar arzulayırıq”.

Vayql “Borussiya”da 2015-ci ildən çıxış edirdi. Almaniya yığmasının üzvü Dortmund təmsilçisində 171 oyuna çıxıb, 4 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button