Hallerin yerinə Filipp

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu “Borussiya”nın (Dortmund) futbolçusunu heyətinə qatmaq niyyətindədir.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Frankfurt təmsilçisi “Borussiya”nın forvardı Maksimilian Filippi transfer etmək istəyir. 25 yaşlı Filipp “Borussiya”nın gələcək planlarına daxil deyil. “Ayntraxt” onu “Vest Hem”ə transfer olunan Sebastian Hallerin əvəzləyicisi olaraq görür. Futbolçunun transferi 18 milyon avro olaraq qiymətləndirilir.

2017-ci ildən “Borussiya”nın şərəfini qoruyan alman futbolçu, son mövsümdə iştirak etdiyi 23 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.