“Borussiya”dan MLS klubuna

Almaniyanın “Borussiya” (Dortmund) klubunun qapıçısı Roman Bürki karyerasını ABŞ-da davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İsveçrəli qolkiper MLS-də çıxış edən “Sent-Luis” komandasına keçib. 32 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Roman Bürki bu mövsüm “Borussiya”nın heyətində heç bir oyuna çıxmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button