“Borussiya”da niderlandlı hücumçu

Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Niderland millisinin və PSV-nin hücumçusu Donyell Maleni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Malen peşəkar karyerasına 2018-ci ildə məhz PSV-də başlayıb. O, ötən mövsüm bu komandanın ən məhsuldar futbolçusu olub. Belə ki, gənc hücumçu meydana çıxdığı 45 matçda 27 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.