“Verder” evdə, “Fortuna” səfərdə darmadağın oldu

Almaniya Bundesliqasında 19-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Dortmund “Borussiya”sı doğma azarkeşləri qarşısında “Köln”ü sınağa çəkib və növbəti darmadağına sevinib.

Lider “Leyptsiq” bu turda çətin “Ayntraxt” səfərinə yollanıb və məğlubiyyətlə üzləşib. “Bavariya” isə “Şalke”ni sınağa çəkib. Liderin məğlubiyyətindən maksimum yararlanan Münhen klubu 5 cavabsız qolla qalib gələrək xal fərqini minimuma endirib.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Verder” doğma meydanda “Hoffenhaym”a 3 cavabsız qolla uduzub. “Bayer” isə eyni hesabla doğma meydanda “Fortuna”ya qalib gəlib.

Almaniya Bundesliqası, 19-cu tur

24 yanvar

Borussiya D – Köln 5:1
Qol
: Gerrero, 1. Roys, 29. Sanço, 48. Haland, 78; 87 – Ut, 64.

25 yanvar

Borussiya M – Maynts 3:1
Qol
: Plea, 24; 76. Noyhaus, 87 – Kayson, 11.

Ayntraxt F – Leyptsiq 2:0
Qol
: Ture, 48. Kostiç, 90+4.

Frayburq – Paderborn 0:2
Qol
: Adyey, 48. Sabiri, 84-pen.

Yunion – Auqsburq 2:0
Qol
: Subotiç, 47. İnqvartsen, 61.

Volfsburq – Herta 1:2
Qol
: Mehmedi, 68 – Torunariqa, 74. Lukebakio, 90.

Bavariya – Şalke 5:0
Qol
: Levandovski, 6. Müller, 45+2. Qoretska, 50. Alkantara, 58. Qnabri, 89.

26 yanvar

Verder – Hoffenhaym 0:3
Qol
: Klaassen, 65-öz qapısına. Baumqartlinger, 79. Adamyan, 83.

Bayer – Fortuna 3:0
Qol
: Haverts, 40. Bender, 79. Alario, 89.

Bombardir: Robert Levandovski (Bavariya) – 21 qol.