“Borussiya” 7 illik həsrətə son qoydu

Almaniyanın “Borussiya” (Dortmund) klubu avrokuboklarda 7 illik həsrətə son qoyub.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyununda İngiltərə klubu “Çelsi”ni öz meydanında 1:0 hesabı ilə məğlub edərək bunu reallaşdırıb.

Dortmundlular son 7 ildə ilk dəfə İngiltərə klubuna qalib gəliblər. Komanda axırıncı dəfə 2016-cı il martın 17-də Avropa Liqasının pley-offunda “Tottenhem”i üstələmişdi. Həmin vaxt almanlar bu rəqibə həm evdə (3:0), həm də səfərdə (2:1) qalib gəlmişdilər.

Yeri gəlmişkən, “Borussiya” həmin mövsüm Avroliqanın qrup mərhələsində Azərbaycan təmsilçisi “Qəbələ”yə qarşı oyunlardan da qələbə ilə (evdə 4:0, səfərdə 3:1) ayrılmışdı. “Borussiya” həmin mövsümdən bəri İngiltərə təmsilçilərinə qarşı keçirdiyi 10 oyunun 8-də məğlub olub, 2-də heç-heçəyə razılaşıb.

Xatırladaq ki, “Borussiya” ilə “Çelsi” arasındakı cavab qarşılaşması martın 7-də Londonda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button