Boltun səhvi

Yamaykalı yüngül atlet, 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt Avstraliyada futbolçu karyerasına başlamağın niyə səhv olduğundan danışıb.

Komanda.az “Fox Sports”-a istinadən xəbər verir ki, Bolt, Avropada qalmamağın səhv olduğunu deyib:

“Bu, səhv idi. Atletikadan ayrılanda mediaya görə Avropada qalmaq istəmədim. Ona görə də, Avstraliyaya getdim, amma orada futbolun səviyyəsi o qədər də yaxşı deyildi. Mən Avropada qalmalı idim”.

Bolt yüngül atletika ilə vidalaşandan sonra – 2017-ci ildə peşəkar futbolçu olmaq arzusunu açıqlayıb.

2018-ci ildə idmançı Avstraliyanın “Central Koast Mariners” klubunda baxışda olub. Lakin nəticədə, o, klubdan peşəkar müqavilə təklifi almayıb. Bolt sonradan Maltanın “Valletta” klubu ilə razılaşmanın şərtləri ilə bağlı razılığa gələ bilməyib.

Bizi Telegramda izləyin