Bolqarıstan klubunun futbolçusu Azərbaycan millisinə dəvət aldı

Bolqarıstanın “Arda” klubunda çıxış edən Cəlal Hüseynov Azərbaycanın U-21 millisinə çağırılıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı müdafiəçi U-21-in Avropa çempionatının seçmə mərhələsində İngiltərə və Ukrayna ilə matçlara dəvət alıb.

Azərbaycan millisi martın 22-də İngiltərə, bundan dörd gün sonra Ukraynanı qəbul edəcək. Hər iki oyun “Azərsun Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button