“Bizim üçün qələbəyə bərabər heç-heçədir” – Azər Bağırov

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 14-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyundan danışıb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonrakı mətbuat konfransında bunları söyləyib:

“İki fərqli hissə düşünmüşdük. Birincisi müdafiədən əks-hücumlara keçid idi. İkinci yarıda daha çox hücumda olmaq istəyirdik. Künc zərbəsindən bir anlıq anlaşılmazlıqdan qol buraxdıq. Uşaqlara əhsən düşür. İki oyunda uduzduqdan sonra toparlandılar və yaxşı, belə “Neftçi”yə qarşı mübarizə apardılar. Mənim üçün 1:1 hesabı qələbəyə bərabər idi. Məğlub da ola bilərdik. Demirəm ki, udmalıyıq. Bu gün qismətimizdə 1:1 hesabı idi. Uda da bilərdik. Daha tez qol vursaydıq, belə olardı. Geri çəkilmək fikrim yox idi. Meydana udmaq üçün çıxmışdıq.

Problemlərdən danışan adam deyiləm, özüm həll edəcəm. Problemlər hər yerdə var. Maddi, texniki tərəfdən problemləri arxada qoymaq lazımdır. Bir yerdə işləyirsənsə, kənarda problemlərdən danışmaq peşəkarlığa sığmaz. Maddi məsələlərdə hər şey qaydasındadır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button