“Milli komandada Ançelotti haqqında danışmaq hörmətsizlikdir” – Kazemiro

“Mançester Yunayted”in və Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro yığma komandanın baş məşqçisi Fernando Dinizi dəstəkləyib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 31 yaşlı braziliyalı futbolçu Boliviya ilə yoldaşlıq matçından öncə mətbuat konfransında baş məşqçidən məmnun olduğunu bildirib:

“Karlo Ançelotti böyük məşqçi və qalibdir. Lakin onun “Real”la müqaviləsi var və milli komandada Ançelotti haqqında danışmaq hörmətsizlikdir. Ançelottinin böyük məşqçi olduğunu bilirik. Amma bizim Diniz adlı böyük məşqçimiz var və ona hörmət edirik”.

Ançelotti “Real”la müqaviləsi başa çatdıqdan sonra Braziliya millisini çalışdıracaq.

Braziliya – Boliviya yoldaşlıq oyunu sentyabrın 9-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button