“Bizi vacib qarşılaşma gözləyir” – “Qarabağ”ın futbolçusu

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Bakıda İsveçin “Hakken” klubuna qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu hava şəraitinin pis olmasına da toxunub:

“Bizə problem yaratmayacaq. Sabah əlimizdəki fürsətdən istifadə etmək və bacarığımızı meydanda nümayiş etdirmək istəyirik. Bizi vacib qarşılaşma gözləyir. “Hakken”lə oyuna tam hazırıq”.

Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button