“Bizi B Liqasında daha çətin rəqiblər gözləyir”

Qadın futbolçulardan ibarət komandalar arasında Millətlər Liqası çərçivəsində bu gün “Dalğa Arena”da keçirilmiş Azərbaycan – Farer adaları qarşılaşmasından sonra millimizin baş məqçisi Siyasət Əsgərov fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:

“Əvvəlki oyunda qrup liderliyini təmin etmişdik. Kipr millisi ilə qarşılaşmadan sonra futbolçuları oyuna kökləmək bir qədər çətin idi. Rəqibin də ötən matç böyükhesablı məğlub olması bizimlə oyuna daha ciddi yanaşmasına səbəb olmuşdu. Belə demək mümkünsə, daha çox müdafiə olunaraq əks-hücumlarda qol vurmağa çalışırdı. İlk hissə bizim üçün çətin oldu. Baxmayaraq ki, qol vurmaq üçün bir neçə imkanımız vardı. Fasilədən sonra istədiyimiz oyun planını qurub qələbə qolunu vur bildik. Qrupda 5 qələbə qazanıb, 1 heç-heçə etdik. Əldə olunan nəticələrə görə komandanın hər bir üzvünə təşəkkür edirəm. Bu uğurlu nəticənin davamını gətirməyə çalışacağıq. Bizi B Liqasında daha çətin rəqiblər, daha çətin oyunlar gözləyir. B Liqasındakı oyunlara da ciddi yanaşıb maksimum nəticə qazanmaq istəyirik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button