“Bizdə səfər və ev amili önəmli deyil” – Qara Qarayev

“Çətin səfər idi. Çox vacib qələbələrdən birini qazandıq”.

Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la səfər qarşılaşması (3:0) haqda danışarkən deyib.

O, Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında fikirlərini bildirib:

“Oyun bizim üçün ağır başladı. İlk hissədə rəqibin təzyiqləri var idi. Bizim də qol şanslarımız olmuşdu. Amma ümumilikdə gedişat nəzarətimizdə idi və ikinci hissədə qollarımızı vurduq. Parlaq və “Qarabağ”ın adına yaraşan qələbə oldu.

Rəqibin kimliyindən asılı olmayaraq daha cəsarətli oynamağa başlamışıq. Azərbaycan futbolunun adında olan mifləri qırmaq istəyirik. Bizim ölkədəki komandalar futbol oynaya bilir. Bu anlayışı çatdırmaq istəyirik. Bizdə səfər və ev amili önəmli deyil. Hər yerdə öz futbolumuzu oynamaq istəyirik. Artıq rəqib komandalar bizi tanıyır. Bu, bir az narahat edir. Bu səbəbdən, işimizdə daha ciddi və məsuliyyətli olmalıyıq. Fikrimiz dünənki qələbədQafaə qalsa, bundan sonra uğur qazana bilməyəcəyik”.

“Qarabağ” 3 turdan sonra 6 xalla qrupda ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button