Biz yenə bu çempionatdan istəyirik!

Rəşad Ergün

Çox maraqlı, emosiyalarla, gərginliklə, amansız mübarizə ilə dolu çempionat oldu. Stadionların dolub-daşmasını görmək adamın gözlərini doldururdu, riqqətə gətirirdi. Hələ belə maraqlı çempionat izlədiyim yadıma gəlmir.

Roberto Bordin əsl sirk ustası kimi, torbaya dovşan salıb, göyərçin çıxardı – uzun zaman “Neftçi”ni lider postunda saxlayıb, axırda “Qarabağ”ı çempion elədi.

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovla prezidenti Riad Rəfiyevə gec xəbər elədilər Premyer Liqada mübarizə apardıqlarını, xəbərləri olan kimi də “Neftçi”ni, ardınca “Sabah”ı məğlub etdilər. “Sumqayıt” bu sürətlə Avropa Liqasının qalibi də olar.

Futzalçı Zaur Axundov futbolçu kimi “Keşlə”də ağlına gələn bütün eksperimentləri həyata keçirdi, alınmadı, qədeş.

“Neftçi”ni harda tutdu “döyən” “Səbail”in “Qarabağ” tərəfindən “döyülməsi” də bir başqa aləmdir.

Möhtəşəm çempionat oldu. Biz yenə bu çempionatdan istəyirik!