“Sona qədər mübarizə aparacağıq” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 2023/2024 mövsümü üçün İngiltərə Premyer Liqasında çempionluq titulu uğrunda mübarizədən danışıb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, o, mübarizəni sona qədər davam etdirəcəklərini deyib:

“Uşaqlarım təzyiq altında oynamağı xoşlayır. Ona görə də, mən əminəm ki, biz sona qədər mübarizə aparacağıq. Bu o deməkdirmi ki, biz mütləq çempion olacağıq? Yox, yox. Mən bunu demirəm. Amma biz mübarizə aparacağıq, bu, mütləqdir”.

“Mançester Siti” İngiltərə Premyer Liqasının 33-cü turundan sonra 73 xalla turnir cədvəlində birinci pilləyə yüksəlib. “Arsenal” ikinci yeri tutur, “Liverpul” isə ilk üçlüyü qapayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button