“Biz qış çempionuyuq, amma…” – İbrahimoviç

İtaliya A Seriyasının 19-cu turu çərçivəsində doğma meydanda “Atalanta”ya 0:3 hesabı ilə məğlub olan “Milan”ın hücumçusu Zlatan İbrahimoviç açıqlama verib.

Komanda.az xəbər verir ki, oyundan sonra “Sky Sport İtalia”ya danışan isveçli futbolçu, məğlubiyyətlə bağlı bunları deyib:

“Bəzi futbolçularımız bu oyunda iştirak etmirdi, bəzilərinin isə oyun təcrübəsi az idi. Bu, bəhanə deyil. Biz qış çempionuyuq, amma bu, mənim üçün nəsə ifadə etmir. İndiyədək yaxşı oyun sərgilədik. Artıq çətin dövr başlayır.

İlk hissədə meydanda özümü tək hiss etdim. Top məndə olanda mənimlə birlikdə oynayacaq birinə ehtiyacım var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button