“Biz qalib gələcəyimizə inanan komandayıq” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın Çempionlar Liqasının 1/4 finalına yüksəlməsini şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, eyni zamanda “Kopenhagen”lə oyunun çətinliyindən də söz açıb:

“Növbəti tura keçirik. “Kopenhagen”in qapısına hücum etmək çətin idi, çünki onlar yaxşı təşkilatlanmışdılar. Biz qalib gələcəyimizə inanan komandayıq. Baxın, “Real” və “Bayern” ilə rəqabət aparırıq. Kiminlə qarşılaşacağımızı bilmirik. Əsas odur ki, biz artıq yeddinci ildir ki, Çempionlar Liqasının 1/4 finalına çıxırıq”.

Çempionlar Liqasının 1/8 finalının cavab oyununda “Mançester Siti” “Kopenhagen”ə 3:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button