“Belə komandalara qarşı oynamaq həmişə çətindir” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandasının İngiltərə Liqa kubokunun 1/32 finalında “Uimbldon” üzərində qazandığı qələbəni (2:1) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı baş məşqçi belə komandalara qarşı oynamağın çətin olduğunu bildirib:

“Belə komandalara qarşı oynamaq həmişə çətindir, amma turnirin gözəlliyi də budur. Onlar ikinci diviziondandırlar, motivasiyalı və istəklə doludurlar. Futbolçularımla fəxr edirəm. Biz layiqli oyun göstərmək istəyirdik və düşünürəm ki, bacardıq. Bunun penalti və ya ofsayd olması mənim üçün fərq etməz. Əsas olan turnirin gözəlliyidir”.

“Çelsi” Premyer Liqada 3 turdan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb. “Uimbldon” İngiltərənin ikinci divizionunda çıxış edir və turnir cədvəlinin 5-ci pilləsində yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button