“Gələcəyimlə bağlı qərar verən mənəm” – Ronaldo

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Portuqaliya millisində karyerasını davam etdirib-etdirməyəcəyinə aydınlıq gətirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Ronaldo məsələ ilə bağlı mətbuat konfransında açıqlama verib. O, bu məsələdə təkbaşına qərar verəcəyini bildirib:

“Bir çox insanın mənə eyni sualı verdiyini görməyə başlayıram. Gələcəyimlə bağlı qərar verən mənəm. Daha çox oynamaq istəsəm, oynayacam”.

Ronaldo DÇ-2022-nin pley-off mərhələsinin final oyunu haqqında da danışıb:

“Biz finala hazırıq, favoritik. Mən özümü hər zaman favorit hesab edirəm.

Finalda qalib gəlsək, dünya çempionatına gedəcəyik, uduzsaq, yarışdan kənarda qalacağıq. Pozitiv düşünmək və oyunda qalib gəlmək lazımdır”.

Portuqaliya – Şimali Makedoniya görüşü martın 29-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button