“Biz düzgün istiqamətdə hərəkət edirik” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 15-ci turunda “Çelsi” üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis oyundan razı qaldığını bildirib:

“Həmişə şikayətlərim ola bilər, amma nəticədən və oyundan razıyıq. Meydanda ilk 30 dəqiqədə hər şey bizim xeyrimizə oldu. Amma qol buraxmağa ehtiyac yox idi. Biz inkişaf etməliyik. Düzgün istiqamətdə hərəkət edirik. Maktominey çox yaxşı oyunçudur. O, Antoni ilə birgə “Çelsi”ni dayandırdı. İki qol vurdu və daha çox qol vura bilərdi”.

“Qırmızı şeytanlar” 15 turdan sonra 27 xalla 6-cı yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button