“Əvvəlki dövrdə olan vahid komandaya çevrilə bilmişik” – Argentinalı futbolçu

Argentina millisinin yarımmüdafiəçisi Aleksis Makallister DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Polşa ilə görüşü (2:0) haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu, millinin yenidən vahid komandaya çevrildiyini deyib:

“Bu gün əla komanda oyunu sərgilədik. Bizi qarşıda nələrin gözlədiyi məlum deyil. Məqsədə çatmaq üçün daim çalışırıq. Düşünürəm ki, əvvəlki dövrdə olan vahid komandaya çevrilə bilmişik”.

Argentina millisi C qrupunda üç oyundan sonra 6 xal toplayaraq, qrup lideri kimi DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanıb. Dekabrın 3-də onlar Avstraliya yığması ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button