“Biz daha güclü qayıdacağıq” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının “Arsenal”a (0:1) məğlubiyyətini şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, oyunun gərgin keçdiyini bildirib:

“İlk hissədə 10-15 yaxşı şansımız oldu. Lakin rəqib ikinci hissəyə yaxşı başladı. Oyun gərgin keçdi. Çox yaxşı müdafiə olunduq, futbolçular hər şeyi verdilər. Bu, oyundur, uduzduq. Biz daha güclü qayıdacağıq. Mən bu futbolçuları uzun illərdir tanıyıram və biz birlikdə çox şeyə nail olmuşuq. Onların qaçdığını və mübarizə apardığını görmək qürurvericidir”.

Növbəti turda MS oktyabrın 21-də “Brayton”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button