“Biz də “Milan” kimi böyük uğur qazanmışıq” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi “Milan”ı İtaliya çempionu olması münasibətilə təbrik edib.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, o, öz komandası ilə fəxr etdiyini də deyib:

“Komandamı əla mövsüm münasibətilə təbrik edirəm. Çempionluğu qazansaydıq, bu, qeyri-adi ola bilərdi. “Milan” 86 xalla İtaliya çempionu oldu, təbrik edirəm. Lakin özümüzü də təbrik edirəm, çünki 84 xal da diqqətə alınacaq xaldır. Mən komandamla fəxr edirəm, biz də “Milan” kimi böyük uğur qazanmışıq”.

“Milan” 11 ildən sonra İtaliya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button