“Biz bu qələbəyə layiqik” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 11-ci turunun “Tottenhem”lə oyununu (4:1) şərh edib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, komandasının qələbəyə layiq olduğunu deyib:

“Biz qalib gəldik. Düşünürəm ki, biz bu qələbəyə layiqik. “Tottenhem” fantastik oynayır, amma düşünürəm ki, biz bu gün daha yaxşı komanda idik. Bu sürəti saxlamalıyıq və bazar günü yaxşı formada olduğumuzu göstərmək üçün daha bir fürsətimiz var”.

Bu görüşdən sonra “Çelsi” 15 xalla turnir cədvəlinin 10-cu pilləsində, “Tottenhem” 26 xalla ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button