“Bilirik ki, Kaysedo ondan gözlədiyimiz səviyyədə çıxış edəcək” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandanın yarımmüdafiəçisi Moyses Kaysedonun adaptasiyasından danışıb.

Komanda.az “Evening Standard”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis ekvadorlu futbolçunun ətrafındakı şəraitin əvvəlkindən fərqli olduğunu bildirib:

“İndi onun ətrafındakı şərait əvvəlkindən fərqlidir. O, Premyer Liqada bir neçə oyun keçirdikdən sonra bizə qoşuldu. Kaysedo zədəli idi və beynəlxalq oyunlara görə tez-tez getməli olurdu.

Fərqli komandalar və müxtəlif mövsümlər üzrə oyunçuları qiymətləndirmək tamamilə ədalətsizlikdir. Biz bilirik ki, Kaysedo ondan gözlədiyimiz səviyyədə çıxış edəcək”.

Kaysedo avqustun 14-də “Çelsi”nin futbolçusu olub. O, 133,5 milyon avroya “Brayton”dan “zadəganlar”a keçib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button