“Bizə yeni oyunçular lazımdır” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatının 31-ci turu çərçivəsində səfərdə “Aston Villa” üzərində qazanılan qələbəni (4:1) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, eyni zamanda Erlinq Haland və Kevin De Bruyneni istirahətə göndərmək haqda danışıb:

“Biz həqiqətən yaxşı oyun oynadıq, bir ay əvvəl “Villa Park”da rəqib daha yaxşı idi. Bu gün isə biz daha yaxşı idik. Çoxlu imkanları əldən verdik, amma çoxlu şanslar yaratdıq. Daha çox qol vura bilərdik.

Haland və De Bruyne üçün istirahət? Onlar oynayıb başqa oyunçulara istirahət verə bilərdilər. Bizə yeni oyunçular lazımdır. Cəmi üç gün əvvəl “Arsenal”la matçımız oldu. Bu bizə lazımdır, çünki təqvim bunu tələb edir”.

“Mançester Siti”nin 67 xalı var və Premyer Liqanın turnir cədvəlində 3-cü yerdədir. “Aston Villa” 59 xalla dördüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button