Vaxt istəyir

“Çelsi”nin baş məşqçisi Qrem Potter İngiltərə Premyer Liqasının 22-ci turunun “Fulhem”lə oyunundan sonra (0:0) açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, komandasına vaxt lazım olduğunu deyib:

“Atmosfer yaxşı idi. Futbolçularım güclü rəqibə qarşı səylə çıxış etdilər. Rəqibin futbolçuları uzun müddətdir ki, bir yerdə çıxış edirlər, amma bizim vəziyyətimiz fərqlidir: zədəli futbolçular geri qayıdır, yeni gələnlər meydana çıxır.

Bizə vaxt lazımdır. Çox güclü oyunçulardan təşkil edilmiş komandamız var. Təkmilləşmək bizim üçün vacibdir. Yeni gələn oyunçular ölkəyə və liqaya uyğunlaşmalıdırlar. Bu, sadə proses deyil”.

“Zadəganlar” hazırda turnir cədvəlində 30 xalla 10-cu, “Fulhem” isə 32 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button