“Bizə bir az inam lazımdır” – “Tottenhem”in baş məşqçisi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Premyer Liqasının 31-ci turunun “Vest Hem”lə oyunu (1:1) haqda danışıb.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan baş məşqçi, çətin bir rəqibə qarşı yaxşı çıxış etdiklərini bildirib:

“Burada həmişə çətin oyun olur, onların böyük, güclü komandası var, müdafiədə otururlar və vaxt itirmirlər. Düşünürəm ki, biz oyunu çox yaxşı idarə etdik. Möhtəşəm qol vurduq və bunu təkrar etmək üçün bir neçə şansımız oldu, lakin onları əldən verdik.

Bizdə hücumda bir az sakitlik və aydınlıq çatışmır. Daha yaxşı çıxış etməli idik. Bizə bir az inam lazımdır. Uşaqları bu matçda səy göstərmədiklərinə görə günahlandıra bilmərəm. Müəyyən epizodlarda daha yaxşı ola biləcəyimizi bilirik. Amma eyni zamanda, həqiqətən, çətin bir komandaya qarşı olduqca yaxşı çıxış etdik”.

“Tottenhem” İngiltərə Premyer Liqasında 30 oyundan sonra 57 xalla 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button